Pakistanda bazara girən bəbirin hücumu nəticəsində 2 nəfər yaralanıb
Nərmin Qocamanlı
Pakistanın Hayber Paxtunxva əyalətində bəbirin bazara hücumu nəticəsində iki nəfər yaralanıb.
"Operativ Media" xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərə görə, Əfqanıstan sərhədinə yaxın Hayber Paxtunxva bölgəsinin Kurram bölgəsinin Paraçinar qəsəbəsində tərəvəz bazarına girən bəbir çaxnaşmaya səbəb olub.
Bazarda alış-veriş edən iki nəfəri yaralayan bəbir yaxalanıb.
Mətbuatda əks olunan görüntülərdə bəbir bazara girdikdən sonra insanların təşviş içində qaçdığı əks olunub.
Səlahiyyətlilər, müalicə alan yaralıların həyati təhlükəsinin olmadığını açıqlayıb.