Menyu

Bayden-Tramp sorğusunda təəccüblü nəticələr ortaya çıxıb

Bayden-Tramp sorğusunda təəccüblü nəticələr ortaya çıxıb
1 dəq oxu

ABŞ-də keçirilən sorğuda ABŞ prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərinin müqayisəsində keçmiş prezident Donald Trampdan 9 bal geri qalıb.

"Operativ Media" xəbər verir ki, "ABC" və "Washington Post" tərəfindən aparılan sorğu 2024-cü il prezident seçkiləri üçün Bayden və Tramp arasında hipotetik müqayisənin nəticələrini ortaya çıxarıb.

Sorğuda iştirakçıların 51 faizi Trampı dəstəkləyib, Bayden isə sələfindən 9 bal geriləyib və 42 faiz dəstək alıb.

"ABC" və "Washington Post" tərəfindən fevral ayında keçirilən analoji sorğuda Trampa dəstək yüzdə 48, Baydenə isə 45 faiz olaraq qeydə alınmışdı.

Əlaqəli Xəbərlər