İsveçin Eskilstuna əyalətinin Arbi rayonunda məsciddə yanğın baş verib, Yanğın böyük ziyan vurub.
"Operativ Media" xəbər verir ki, İsveç ictimai radiosu SR-ə danışan Arbi məscidinin səlahiyyətli nümayəndəsi Anas Deneçe yanğının təxribat nəticəsində baş verdiyini bildirib.
O, bir ildir məscidin yaxınlığında yaşayan bir ailədən təhdidlər aldıqlarını vurğulayıb: "Bir ildir ki, ailə tərəfindən təhdidlərə və fiziki hücumlara məruz qaldığımıza dair polisə xəbər vermişik. Əminik ki, bu yanğın təxribat nəticəsində baş verib".
Arbi polisindən verilən yazılı açıqlamada yanğından sonra məscidin tamamilə yararsız hala düşdüyü və yanğınla bağlı araşdırmalara başlanıldığı qeyd edilib.