Menyu

Yunanıstan sərhədində 11-i FETÖ üzvü 17 nəfər saxlanılıb

Yunanıstan sərhədində 11-i FETÖ üzvü 17 nəfər saxlanılıb
1 dəq oxu

Türkiyənin Yunanıstan ilə sərhədində 11-i FETÖ üzvü 17 nəfər Yunanıstandan qeyri-qanuni yollarla Türkiyəyə keçməyə cəhd edib. Ancaq onlar yaxalanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd edilib: "Yunanıstandan ölkəmizə qeyri-qanuni yollarla daxil olmaq istəyən 17 nəfər sərhəd qoşunlarımız tərəfindən yaxalanıb. İstintaq nəticəsində 11 nəfər həbs edilib. Onların FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edilib".

Əlaqəli Xəbərlər