Menyu

Ərdoğan: Türkiyə ilə dost olan qazanar, düşmən olan uduzar

Ərdoğan: Türkiyə ilə dost olan qazanar, düşmən olan uduzar
1 dəq oxu

"Ümid edirik ki, Ermənistan xarici təxribatlara boyun əyməyəcək. Biz qonşumuz İranı da əhatə edəcək birgə layihələrlə regionumuzu çiçəklənən hövzəyə çevirmək istəyirik".

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Administrasiyasında keçirilən Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.

"Türkiyə ilə dost olan qazanar, Türkiyəyə düşmən olan uduzar. Dostlarımızın sayını artırmaq üçün yol axtarırıq", - Ərdoğan qeyd edib.

Əlaqəli Xəbərlər