Menyu

ABŞ Avstriya və Ukrayna ilə birgə silah istehsal edəcək

ABŞ Avstriya və Ukrayna ilə birgə silah istehsal edəcək

"ABŞ öz ərazisində Ukrayna ilə bəzi növ hərbi texnikanın birgə istehsalı mərkəzi qurmaq niyyətindədir" .

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin satınalma və logistika üzrə müavini Bill Laplante bildirib.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxış edən Amerika departamentinin rəis müavini qeyd edib: "Biz avstraliyalılarla müəyyən birgə istehsal mərkəzləri quracağıq. Avropa və hətta ukraynalılarla da birgə istehsal mərkəzləri qurmaq istiqamətində planlarımız var", - Laplante deyib. 

"Mən ABŞ-nin bir sıra xarici müttəfiqləri və tərəfdaşları ilə birgə istehsalı nəzərdə tuturam. İnanıram ki, NATO buna böyük diqqət yetirəcək", - nazir müavini vurğulayıb.

O xatırladıb ki, müvafiq qərarlar alyansın iyul ayında Vilnüsdə keçirilən sammitində qəbul edilib. 

Teqlər:

"AB\u015e Avstriya v\u0259 Ukrayna il\u0259 birg\u0259 silah istehsal ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər