Çexiya hökuməti milli hava qüvvələri üçün 24 ədəd F-35 qırıcılarının alınması təklifini təsdiqləyib. Ümumi xərclər 150 milyard kron (təxminən 6,5 milyard dollar) təşkil edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə respublikanın baş naziri Petr Fiala mətbuat konfransında bildirib.
"Hökumət bu gün milli hava qüvvələri üçün 24 ədəd F-35 səsdən sürətli təyyarə almağa qərar verdi. İlk təyyarə Çexiyaya 2031-ci ildə gələcək və tədarük tam formada 2035-ci ildə başa çatacaq", - o qeyd edib.
ČTK xəbər agentliyi bildirib ki, F-35-in alınması üçün nəzərdə tutulan 150 milyard kronluq ümumi məbləğ qırıcıların özlərinin, onlara quraşdırılan avadanlıqların və silahların, eləcə də çexiyalı pilotların təlimi üçün çəkilən xərcləri nəzərdə tutub.