Menyu

Pakistanda evdə minaatan mərmisi partlayıb, 8 nəfər ölüb

Pakistanda evdə minaatan mərmisi partlayıb, 8 nəfər ölüb
1 dəq oxu

Pakistanın Sind əyalətində bir evdə minaatan mərmisinin partlaması nəticəsində 5-i uşaq olmaqla 8 nəfər ölüb, 5 nəfər yaralanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Geo News" televiziyası məlumat yayıb.

Məlumata görə, Sind əyalətinin Kandkot rayonunda bir evdə minaatan mərmisi partlayıb. Hadisə zamanı 5-i uşaq olmaqla 8 nəfər ölüb, 5 nəfər yaralanıb.

Səlahiyyətlilər, ailə üzvlərinin minaatan mərmisini tarlada taparaq evlərinə gətirdiklərini və partlayışın dəmir qalıntıları satmaqla dolanışığını təmin edən bu ailənin minaatan mərmisini sındırmaq istəyərkən baş verdiyini bildirib.

Əlaqəli Xəbərlər