Menyu

“Yüksək ballı ixtisaslar bu gün üçün əsas tələb deyil“ - Ekspert

Nərmin Qocamanlı
“Yüksək ballı ixtisaslar bu gün üçün əsas tələb deyil“ - Ekspert

"İllərdir hüquq, tibb kimi sahələrər abituriyent seçimlərində öndə olsa da, dövr artıq İKT-nin zamanıdır".

Bunu, Operativ Media" ya açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib.

Ekspertin sözlərinə görə, valideynlərin "prestejli" saydığı ixtisaslar var ki, abituriyent ixtisası bitirdikdən sonra iş tapa bilmir.

"Bizdə abituriyentlərin ixtisas seçiminə, peşə seçimi məsələlərinə ən çox müdaxilə valideynlər tərəfindən edilir. İlk növbədə bizim məktəblərimizdə 7-ci sinifdən başlayaraq ildə ən azı 2 dəfə peşə bacarıqlarını üzə çıxaran psixoloji testlər keçirilməlidir, analiz olunmalıdır, valideynlərlə müzakirə olunmalıdır. Hər bir uşağın hansı peşə üzrə bacarıqları varsa, onlar üzə çıxarıldıqdan sonra valideynlərə və uşaqlara tövsiyələr verilməlidir ki, hansı peşə üzrə təhsil alınsa, daha yaxşı nəticə göstərə bilərlər. Çox təəssüflər olsun ki, bizdə yoxdur bunlar. Bizdə əksər hallarda abituriyentlərin əvəzinə valideynlər seçim edirlər. Çünki valideynlər burada özlərini əsas tərəf hesab edirlər. Ali məktəbə daxil olanların demək olar ki, hamısı repetitor yanında və ya kurslarda təhsil alırlar. Bunların da ödənişlərinin hamısını valideynlər etdiyi üçün düşünürlər ki, ixtisas seçimini də onlar etməlidir"

Ekspertin sözlərinə görə, qəbul balı yüksək ixtisasların hamısı bu gün üçün əsas tələb deyil:

"İllərdir ki, bizdə hələki hüquq, tibb kimi sahələr öndə olsa da,  son illərdə informasiya mühəndisliyi, İKT mühəndisliyi, müəllimlik, pedaqoji sahə və s kimi sahələr önə çıxmağa başlayıb. Təhsil aldıqdan sonda işsiz qalmasın deyə, oxuduğu sahə üzrə işləyə bilməsi üçün ilk növbədə valideynlər uşaqların müəllimləri ilə daha çox əməkdaşlıq etməlidirlər ki, bu onların peşə bacarıqları olan ixtisaslar üzrə yönləndirilməsinə gətirib çıxarsın".

Elşən Qafarovun sözlərinə görə, ölkənin inkişaf konsepsiyasına uyğun olaraq texnoloji sahəyə ildən-ilə maraq artır:

"Xüsusilə də Elm və Təhsil Nazirliyinin son illərdə "Texnofest", "Steam", "Rəqəmsal bacarıqlar" kimi müsabiqələr keçirməsi və Azərbaycan məktəblərinin çox həvəslə bu müsabiqələrə qatılması onu göstərir ki, artıq bizdə texniki sahələrə, İKT sahələrinə bizdə ildən-ilə maraq artır. Düşünürəm ki, bu sahədə ali təhsildə də biz keyfiyyəti qaldırmaqla ölkənin əmək bazarının tələblərinə uyğun olaraq hazırlıq həyata keçirə bilərik".

Keçid bala aşağı, amma iş imkanı çox olan ixtisaslar da var ki, bu gün əmək bazarında tələbat var: 

"Kitabxanaçılıq fakultəsi yalnız BDU-da var və ora hər il 20 tələbə qəbul olunur. Bu ixtisası bitirənlərin əksəriyyəti də tipoqrafiya sahəsində çalışırlar. Düşünürəm ki, bizim məktəblərdə kitbxanalar çox olduğu üçün və əksəriyyətində isə bu sahədə ixtisası olmayanlardı. Ona görə də, biz kitabxanaçılıqla bağlı yerlərin sayını artırmalıyıq. Ən çox da kitabxanalar təhsil sahəsindədir və onların sayı 4 minə qədərdir. Hazırda kitabxanalar elektron sistemə keçid edir, lakin kitabxanaçıların əksəriyyəti bu sistemdən məlumatlı deyillər. Düşünürəm ki, gələcəkdə İKT və texnologiya sahəsinə maraq böyük olacaq"

Teqlər:

"\u201cY\u00fcks\u0259k ball\u0131 ixtisaslar bu g\u00fcn \u00fc\u00e7\u00fcn \u0259sas t\u0259l\u0259b deyil\u201c - Ekspert"

Əlaqəli Xəbərlər