Menyu

Rusiyada uçuşların məhdudlaşdırılması rejimi yenə uzadıldı

Operativ Media
Rusiyada uçuşların məhdudlaşdırılması rejimi yenə uzadıldı

Rusiya Federasiyasının cənubunda və mərkəzi hissəsində uçuşların müvəqqəti məhdudlaşdırılması rejimi dekabrın 3-dək uzadılıb.

"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd edək ki, Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanlarında uçuşlar təxirə salınıb.

Rusiya hava limanlarının qalan hissəsi adi rejimdə işləyir.

Rusiya Ukraynadakı hərbi əməliyyatlar fonunda fevralın 24-dən hava limanlarının bir hissəsini bağlayıb. Əvvəlcə səlahiyyətlilər martın 2-dək uçuşların həyata keçirilməsinə məhdudiyyət qoyub. Cənubun bir sıra şəhərləri ilə hava əlaqələrinin bağlanması fonunda Rusiya Dəmir Yolları əlavə qatarları istismara vermək qərarına gəlib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər