Səudiyyə Ərəbistanında daşqın nəticəsində iki nəfər ölüb
Nərmin Qocamanlı
Səudiyyə Ərəbistanının Ciddə şəhərində leysan yağışların səbəb olduğu sel fəlakətində iki nəfər həyatını itirib.
"Operativ Media"nın SPA-ya istinadən xəbərinə görə, ölkənin Milli Hidrometeorologiya Mərkəzinin sözçüsü Hüseyn əl-Kahtani yağıntının təxminən 8 saat davam etdiyini, Ciddədə 2009-cu ildən bəri görülən ən yüksək yağıntı olduğunu bildirib.
Ciddədə bəzi məhəllələrin su altında qaldığı, şəhərdə təhsilin dayandırıldığı və uçuşların təxirə salındığı qeyd edilib.