26 Noyabr 2022, 18:28
Zelenski: Ukrayna taxıl təşəbbüsünü qeyri-müəyyən müddətə uzatmaq istəyir
Zelenski: Ukrayna taxıl təşəbbüsünü qeyri-müəyyən müddətə uzatmaq istəyir şəkil
Zelenski: Ukrayna taxıl təşəbbüsünü qeyri-müəyyən müddətə uzatmaq istəyir

"Ukrayna taxıl təşəbbüsünü qeyri-müəyyən müddətə uzatmaq istəyir. Bunun üçün “taxıl dəhlizi”ni ölkənin digər limanlarına qədər genişləndirmək lazımdır".

"Operativ Media" RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski ərzaq təhlükəsizliyi üzrə beynəlxalq sammitdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, taxıl təşəbbüsü tam gücü ilə işləmir və Rusiya tərəfinin günahı ucbatından Bosforda 80-dən çox gəmi qalıb.

“Biz limanların sayının artırılmasının və bu mühüm təşəbbüsün qeyri-müəyyən müddətə davam etdirilməsinin, Rusiyanın bir daha buna mane olmamasının tərəfdarıyıq”, - Zelenski bildirib.

O qeyd edib ki, humanitar böhrandan çıxmaq, xüsusilə aclıqla üzləşən ölkələrin ehtiyaclarını ödəmək üçün Ukrayna taxıl təşəbbüsünü irəli sürüb və bu təşəbbüs çərçivəsində ərzaq məhsulları Afrika və Asiya ölkələrinə çatdırılacaq.

Zelenski vurğulayıb ki, Ukrayna 2023-cü ilin yazına qədər Efiopiya, Sudan, Somali, Yəmən, Konqo, Keniya və Nigeriyaya azı 60 taxıl gəmisi göndərməyi planlaşdırır.

Son xəbərlər
"Qalatasaray" "Bodrumspor"u əliboş yola saldı
Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb
18 Aprel 2025, 23:47
Azərbaycan ordusunda xidmət edən əsgərlərə hərbi təhsil imkanı yaranıb
Rusiya XİN: Ukraynadakı NATO kontingentinin mənfi nəticələri olacaq
ABL: "Sabah" "Sərhədçi"ni məğlub etdi
"Çelsi" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib
Tramp ABŞ-nin Ukrayna üzrə danışıqlar prosesindən çıxa biləcəyini istisna etmir