İran Parlamenti ölkənin ŞƏT-ə üzvlüyünü təsdiqləyib

Nərmin Qocamanlı
İran Parlamenti ölkənin ŞƏT-ə üzvlüyünü təsdiqləyib

İran parlamenti ŞƏT-ə üzvlük haqqında qanun layihəsini təsdiqləyib.

"Operativ Media" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Sentyabrın 30-da İran prezidenti İbrahim Rəisi ölkənin ŞƏT-ə qəbulu ilə bağlı qanun layihəsini imzalayıb. Bundan sonra qanun layihəsi baxılmaq üçün parlamentə göndərilib.

 

ŞƏT sammiti sentyabrın 15-16-da Səmərqənddə keçirilib.

 

Nəticədə Belarusun təşkilata tamhüquqlu üzv kimi qəbulu prosesinə start verilib. İran isə ŞƏT-ə üzv olmaq üçün öhdəlik memorandumu imzalayıb.

 

 

Digər xəbərlər