ABŞ-ın Merilend ştatında kiçik təyyarə elektrik verilişi xəttinə çırpılıb.
"Operativ Media" xəbər verir ki, Federal Aviasiya İdarəsi (FAA) Nyu-Yorkdan havaya qalxan tək mühərrikli təyyarənin Merilend ştatının Gaithersburq şəhərində elektrik ötürücü xəttinə çırpıldığını açıqlayıb.
Mooney M20J tipli təyyarə yerdən təxminən 30 metr yüksəklikdə dirəyə ilişib.
Təyyarədə olan iki nəfərin xilasetmə işləri davam edir.
Bildirilib ki, qəzadan sonra təxminən 120 min insan işıqsız qalıb.