Çində artan "Covid-19" yoluxmaları vəziyyəti gərginləşdirib. Yoluxmanın sayı artdıqdan sonra bəzi beynəlxalq şirkətlər müxtəlif tədbirlər görməyə başlayıb.
"Operativ Media" xarici KİV-ə istinadən bildirir ki, Alman avtomobil istehsalçısı "Volkswagen" koronavirus səbəbi ilə Çenqdudakı fabrikində istehsalını dayandırıldığını bildirib. Şirkət həmçinin qeyd edib ki, Çanqçun şəhərindəki fabrikdə 5 məhsul xəttindən 2-də istehsal dayandırılıb.