Ermənistan ordusunun mayoru dövlətə xəyanətə görə saxlanılıb
Operativ Media
Ermənistan Milli Təhlükəsizlik Xidməti dövlətə xəyanətlə bağlı yeni fakt aşkarlayıb.
"Operativ Media" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu dəfə Ermənistan Silahlı Qüvvələrinin mayorunun xarici xüsusi xidmət orqanları tərəfindən işə götürüldüyü üzə çıxıb. O, bölmələr, onların sərhədin şərqində və cənubunda xidməti haqqında məxfi məlumatları toplayaraq messencerlər vasitəsilə ötürüb.
Bunun müqabilində o, təxminən 20.000 dollar mükafat alıb.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, mayor hazırda həbs edilib və istintaq davam edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net