Xersonda Rusiya ilə Ukrayna arasında döyüşlər azalıb

Nərmin Qocamanlı
Xersonda Rusiya ilə Ukrayna arasında döyüşlər azalıb

Adının açıqlanmasını istəməyən ABŞ hərbi və müdafiə rəsmisi Pentaqonda jurnalistlərə Rusiya-Ukrayna müharibəsi haqqında məlumat verib.

"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ hərbi rəsmisi Rusiyanın Xersonda Dnepr çayının şərqinə keçdiyini və bölgədə Ukrayna qüvvələri ilə Rusiya ordusu arasında döyüşlərin azaldığını bildirib.

Hərbi rəsmi bildirib ki, “(Xersonda) Rusiya çayın şərq tərəfinə (Dnepr) keçib, lakin qarşılıqlı atəşlər davam edir. Hər iki tərəf gündə 100-ə yaxın silahdan atəş açır”. dedi.

Ukraynalıların ABŞ-dan tədarük edilən HIMARS raketləri sayəsində Rusiyaya qarşı artilleriya atəşlərini davam etdirdiyini qeyd edən rəsmi, Rusiyanın sursat çatışmazlığı olduğunu, top sursatlarının azalması ilə paralel olaraq Rusiyanın da atışlarının səngidiyini və qarşıdurmaların getdikcə azaldığını bildirib.

Qış aylarında müharibənin çətin keçəcəyini bildirən rəsmi Ukrayna ordusunun döyüşləri davam etdirəcəyini gözlədiklərini, Ukrayna ordusuna 200-dən çox generator və lazımi qış texnikası və ləvazimatlarını verdiklərini qeyd edib.

 

Digər xəbərlər