30 Noyabr 2022, 10:11
Çin 2035-ci ilə qədər nüvə başlıqlarının sayını 1500-ə çatdıra bilər

Çinin nüvə silahlarının modernləşdirilməsi davam edərsə, Pekində 2035-ci ilə qədər 1500 nüvə başlığı ola bilər.
"Operativ Media" xəbər verir ki, bu barədə Pentaqonun hesabatında bildirilib.
Çinin təlimlərini daha real ssenarilər üzərində qurmağa başladığına diqqət çəkən hesabatda Rusiya və Çinin ilk dəfə olaraq Çin torpaqlarında genişmiqyaslı quru və dəniz desant təlimləri həyata keçirdiyinə dair məlumat verilib.