NATO ölkələrinin xarici işlər nazirləri Rumıniyanın paytaxtı Buxarestdə görüşlərinin ikinci günündə Çinlə əlaqələr və terrorla mübarizə kimi məsələləri müzakirə etmək üçün toplaşıblar.
"Operativ Media" xəbər verir ki, Buxarestdəki Parlament Sarayında keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısının ilk iclasında Çin ilə əlaqələr müzakirə olunur.
İclasda NATO-nun Çini rəqib kimi görmədiyi, lakin onun son illərdə artan hərbi xərcləri və nüvə silahlarının şaxələndirilməsi, təsir dairəsini genişləndirmək səyləri və Rusiya ilə münasibətlərinin narahat edici olduğu vurğulanıb.
Həmçinin, əsas iqtisadi və kommersiya tərəfdaşı kimi Çinlə münasibətlərin davam etdirilməsinin vacibliyinə diqqət çəkilib.