Menyu

BŞTİ: Güclü külək Bakı məktəblərində ciddi problemlər yaratmayıb

Nərmin Qocamanlı
BŞTİ: Güclü külək Bakı məktəblərində ciddi problemlər yaratmayıb

Güclü külək nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində ciddi problemlər qeydə alınmayıb.

Bu barədə "Operativ Media"ya idarədən məlumat verilib.

Bildirilib ki, bir neçə təhsil müəssisəsinin həyətyanı sahəsində ağacların aşması halları müşahidə olunub. Bu barədə aidiyyəti qurumlara məlumat verilib və müvafiq tədbirlər görülüb. Hava şəraiti davamiyyətə təsir etməyib.

Qeyd edək ki, təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər