02 Dekabr 2022, 12:29
Brazilyada leysan yağışlar 5 nəfərin həyatına son qoyub

Braziliyanın bəzi ştatlarında son bir həftə ərzində yağan güclü yağışlar nəticəsində baş verən sürüşmə və daşqınlar nəticəsində 5 nəfərin həyatını itirdiyi, 8 mindən çox insanın isə didərgin düşdüyü bildirilir.
"Operativ Media" xəbər verir ki, dünən baş verən sürüşmə nəticəsində ölkədə fövqəladə vəziyyət elan edilib.
Son bir həftədə yağan leysan yağışlar səbəbiylə didərgin düşənlərin sayının 8 min 600-ü keçdiyi, 5 nəfərin həyatını itirdiyi qeyd edilib.