Menyu

Duzdan çoxlu istifadə hansı xəstəliklərə yol açır?

Redaksiya
Duzdan çoxlu istifadə hansı xəstəliklərə yol açır?

Ölkəmizdə ən çox istehlak edilən məhsullardan biri də məhz süfrə duzudur. Ümumiyyətlə, hətta şirniyyatlarda belə duzdan istifadə edilməsini nəzərə alsaq, xörək duzunu birinci yerə də qoymaq olar. Bəzi insanlar yeməklərini hədsiz dərəcədə duzlu sevirlər, lakin bunun sağlamlıq üçün zərərli olduğu da məlumdur.

Bəs duzdan istifadə miqdarının çox olması insan orqanizmində hansı problemlərə səbəb ola bilər?

Endokrinoloq Lamiyə Nəbibəyli “Operativ Media”ya açıqlamasında bildirib ki, xörək duzunun həddindən çox istifadəsi yüksək təzyiqin yaranmasına səbəb olan əsəs risk faktorlarından biridir.

Həkimin sözlərinə görə, duzdan artıq istifadə bir çox xəstəliklərin meydana gəlməsi ilə nəticələnir:

“Dünyada 1,3 milyard insan hipertoniya xəstəliyindən əziyyət çəkir. Bu xəstələrin 30 %-dən çoxu artıq miqdarda xörək duzu istifadə edir. Duzdan çox istifadə ürək xəstəliklərinin və insultun yaranmasına səbəb ola bilir. Həmçinin çox miqdarda duz istifadəsinin  mədə xərçəngi, böyrək xəstəliklərinin yaranamasına da təsir göstərdiyi müəyyən olunub.

Gün ərzində sağlam insan 13 qrama qədər duz istifadə edə bilər. Amma insanlar daha çox ortalama 18 qram qəbul edirlər. Ürək, böyrək xəstəliklərindən əziyyət çəkənlərdə isə bu miqdar daha az olmalıdır. Xörək duzu miqdarının  5 qrama qədər azaldılması insult riskini 23 %-ə qədər, ürək xəstəlikləri riskini isə 17 %-ə qədər azalda bilər”.

Endokrinoloq qeyd edib ki, bütün qidalarda - meyvə-tərəvəz, ət, balıq, xüsusilə də pendir növlərində duzun miqdarı çoxdur.

Teqlər:

"Duzdan \u00e7oxlu istifad\u0259 hans\u0131 x\u0259st\u0259likl\u0259r\u0259 yol a\u00e7\u0131r?"

Əlaqəli Xəbərlər