Menyu

Vətəndaşlar artımlı pensiyanı nə vaxt alacaq?

Redaksiya 38131 baxış
Vətəndaşlar artımlı pensiyanı nə vaxt alacaq?

"Bu il pensiya məbləğində 10,8 % artım planlaşdırılır. Bu artım bütün pensiya alanlara şamil ediləcək".

Bunu "Operativ Media"ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. 

Xalid Kərimli bildirib ki, pensiyaçılar artım məbləğini fevral ayında alacaqlar.

"Ötən ilin təcrübəsi onu göstərdi ki, pensiyaçılar artımı fevral ayının pensiyası ilə birgə aldılar. Bu il də böyük ehtimal belə olacaq. Fevral ayında həm yanvar ayının artımını, həm də fevral ayının artımlı pensiyasın alacaqlar".

İqtisadçının sözlərinə görə, iki ilə artıq qadınların da pensiya yaşı 65 olacaq. Lakin bu qərar düzgün deyil.

"Görünən odur ki, hökümət sosial ödənişləri azaltmaq üçün bu addımı atdı. Pensiya yaşının artırılması tələsik qərardır. Qadın və ya kişi fərq etmir eyni yaşda pensiyaya çıxmalıdır. Amma, bu yaş çox olmalı deyil. Avropada da pensiya yaş həddi 65 yaşdır. Orda gözlənilən orta ömür gözləntisi 83 yaşdır. Bizdə isə statistik göstəricilər onu deyir ki, insanlarımız ortalama 73 il yaşayır.  Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi məlumat yaydı ki, ölkəmizdə orta ömür müddəti hələ 2035-ci ildə 78 yaş olacaq. Pensiya gec verilirsə, heç olmasa çox verilsin. Çünki, bizim insanlarımız o pensiyadan az yararlanır".

Teqlər:

"V\u0259t\u0259nda\u015flar art\u0131ml\u0131 pensiyan\u0131 n\u0259 vaxt alacaq?"

Əlaqəli Xəbərlər