10 Yanvar 2024, 19:19
Taksi sürücüləri üçün regionlarda təlimlər keçirilir
Taksi sürücüləri üçün regionlarda təlimlər keçirilir şəkil
Taksi sürücüləri üçün regionlarda təlimlər keçirilir

Taksi sürücüləri üçün regionlardakı ali təhsil müəssisələrində təlimlər keçirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Operativ Media"ya verilən məlumata görə, taksi fəaliyyətinin tənzimlənməsinə dair oktyabrın 1-də qüvvəyə minən qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə taksi sürücülərinin təlimləri davam etdirilir.

Təlimlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzi ilə yanaşı AYNA ilə əməkdaşlıq çərçivəsində regionlarda yerləşən ali təhsil müəssisələrində də keçirilir.

Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi Gəncə şəhərindəki Azərbaycan Texnologiya Universiteti, Sumqayıt və Mingəçevir Dövlət universitetlərində aparılır. Artıq Gəncə şəhərində 365, Sumqayıt şəhərində 188 və Mingəçevir şəhərində 32 nəfər təlimləri müvəffəqiyyətlə bitirərək şəhadətnamə əldə edib. Hazırda Yevlax və Şəki şəhərlərində də taksi sürücülərinin müraciətləri qəbul olunur.

Bu günədək təlimlərdə iştirak etmək üçün ümumilikdə 16 mindən çox sürücü müraciət edib. Onlardan 13 min 324 nəfəri təlimləri bitirib.

Qeyd edək ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçmələri mütləqdir.

Son xəbərlər
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Paşinyan Brüsselə gedəcək
Tramp yaxın iki həftə ərzində İrana zərbə ilə bağlı qərar verəcək
Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada qızıl medal qazanıb
Liderlər "Maraş dondurması"nın dadına baxıblar - VİDEO
19 İyun 2025, 21:35
Sertifikatlaşdırma imtahanları vahid sistem vasitəsilə izlənilir