03 Dekabr 2022, 18:21
Azərbaycan Xarici İşlər Nazirliyi İrana nota göndərib
Azərbaycan Xarici İşlər Nazirliyi İrana nota göndərib şəkil
Azərbaycan Xarici İşlər Nazirliyi İrana nota göndərib

“Azərbaycan Respublikasının ərazilərinə hər hansı bir xarici səfər Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir”.

"Operativ Media" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Son günlərdə 14 nəfər İran İslam Respublikası vətəndaşının qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazisinə daxil olduğu barədə xəbərlər yayılıb” sualına cavabında deyib.

“İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə gəldikdə, məlumata aydınlıq gətirilməsi məqsədilə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müvafiq nota göndərilmişdir.

Hal-hazırda, məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir”, - o deyib.

Son xəbərlər
Prezidentin Sərəncamı 2 469 şəxsə şamil olunacaq
Paytaxtda daha bir küçədə xüsusi hərəkət zolağı təşkil olunub
Sumqayıt Tekstil Fabrikində zəhərlənənlərin sayı artıb - YENİLƏNİB
XİN sözçüsü: Çin və Azərbaycan strateji tərəfdaşdır
Mikayıl Cabbarov Çinin "PowerChina Group" şirkətinin prezidenti ilə görüşüb
Yağış yağacaq, şimşək çaxacaq
Göygöldə 43 yaşlı kişi dəm qazından boğulub
Orxan Fikrətoğlu mədəniyyət nazirinə müşavir təyin olunub