“Sürücülər digər fəsillərdə mühərrikin soyutma sisteminə su tökdükləri üçün qışda problemlər çoxalır. Düzgün qulluq edilməsə, sürücü minlərlə manat ziyana düşə bilər”.
Bunu “Operativ Media”ya açıqlamasında avtomobil ustası Dəniz Ağabəyli deyib.
Ustanın sözlərinə görə, fəsil öncəsi bir sıra məqamlara diqqət edilməlidir ki, sonradan sürücülər xərcə düşməsin:
“Sürücülər yaxınlaşır bizə, soruşur ki, usta, avtomobil qızmır, bu nə ilə bağlıdır? Baxış keçiririk ki, mühərrikə tökülən sudur, mayesi antifriz deyil. Bununla bağlı yaranan səbəblər də, antifriz etdikdən də sonra yaranan səbəblər də var. Mühərrik başlığı çürüdüyünə görə antifriz tökdükdə deşilmə səbəbləri olur. Mühərrikin pompası sıradan çıxır. Bunun da hər birinin gətirib yaratdığı problem məhz antifrizdi. Təkər isə yeni olmalıdır. Yağışlı-qarlı havada protektoru yaxşı olmayan şin birbaşa həyati təhlükə törədə bilər".
Dəniz Ağabəyli bildirir ki, şüşəsilənin suyunun donmaması üçün xüsusi maye ilə əvəzləmək lazımdır:
"Həmçinin, qış aylarında tərkibindəki su çoxaldığına görə əyləc mayeləri də sıradan çıxa bilər.
Əyləclənmədən istifadə etdikdə əyləclənmə anı azalır. Sürücülər xüsusilə də, qış aylarında buna diqqət yetirsələr, daha yaxşı olar. Onlar avtomobil ustalarından maraqlansalar, xüsusi aparatlar vasitəsilə hər birini yoxlayıb sürücüyə uyğun olub-olmadığını demək mümkündür. Bu dövrlərdə avtomobilləri ümumi yoxlamadan keçirmədən uzaq səfərə çıxmamağı məsləhət görürük”.






