13 Yanvar 2024, 09:47
Fərdi təsərrüfatlardan silsilə oğurluqlar edən dəstə ələ keçdi
Fərdi təsərrüfatlardan silsilə oğurluqlar edən dəstə ələ keçdi şəkil
Fərdi təsərrüfatlardan silsilə oğurluqlar edən dəstə ələ keçdi

Hacıqabul, Ucar və Kürdəmir rayonlarında yerləşən fərdi təsərrüfatlardan silsilə oğurluqlar edən dəstə ifşa olunub.

"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin sonlarında rayonun Padar qəsəbəsi və Atbulaq kəndi ərazisində yerləşən 2 fərdi təsərrüfatdan 6 baş xırdabuynuzlu və 1 baş iribuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 4000 manatdan artıq maddi ziyan vuran üç nəfər saxlanılıb. Araşdırmalarla onların Ağdam rayon sakini Əvəz Qurbanov, Bərdə rayon sakini Fariz İbrahimov və Tovuz rayon sakini Akif Quliyev olduqları müəyyən edilib.

Həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların digər cinayət əməllərinin üstü də açılıb. Belə ki, adları çəkilən şəxslər ötən ilin noyabr ayı ərzində Ucar və Kürdəmir rayonları ərazisində analoji cinayət əməlini törədərək 3 fərdi təsərrüfatdan 6 xırdabuynuzlu və 3 baş iribuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurublar.

Üç rayon ərazisindən ümumilikdə 16 heyvan oğurlayan Əvəz Qurbanov, Fariz İbrahimov və Akif Quliyev heyvanları sonuncuya məxsus nəqliyyat vasitəsi ilə Bakı şəhəri apararaq F.İbrahimov işlətdiyi ət məhsullarının satışı məntəqəsində satıblar, əldə etdikləri pulları isə öz aralarında bölüblər.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ə.Qurbanov, F.İbrahimov və A.Quliyev bundan əvvəllə törətdikləri müxtəlif cinayət əməllərinə görə məhkumluq həyatı yaşayıblar.

Son xəbərlər
Azərbaycan “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə 50 nəfərə yaxın heyətlə təmsil olunur
16 İyun 2025, 19:46
Mirzoyan ATƏT sədrini Ermənistan-Azərbaycan sülh prosesi barədə məlumatlandırıb
İsrail İranın dövlət televiziyasının binasına zərbə endirib
Azərbaycan sərhədindən Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib
İsrail: Tehrana yeni zərbələr endiriləcək
Əbu-Dabi İnkişaf Fondunun Azərbaycana investisiya imkanları müzakirə edilib
Sabunçuda yanğın olub
Ermənistanın XİN rəhbərinin müavini Türkiyəyə gedib