Böyük Britaniyaya uçan təyyarə bomba təhlükəsinə görə təcili eniş edib
Nərmin Qocamanlı
Polşadan Böyük Britaniyaya uçan təyyarə təcili eniş edib.
"Operativ Media" "The Guardian"a istinadən xəbər verir ki, təyyarə "EasyJet" 6276 saylı reys Polşanın Krakov şəhərindən bazar günü Bristola uçarkən Çexiyanın paytaxtı Praqaya yönləndirilib.
Çexiya polisinin apardığı araşdırmalardan sonra təyyarədə təhlükəli obyekt olmadığı bəlli olub.