Menyu

"AnadoluJet" Qazaxıstana ilk uçuş həyata keçirilib

Operativ Media
"AnadoluJet" Qazaxıstana ilk uçuş həyata keçirilib
1 dəq oxu

Türk Hava Yollarının (THY) brendi olan AnadoluJet Ankara Esenboğa Hava Limanından Qazaxıstanın paytaxtı Astanaya ilk birbaşa uçuşunu həyata keçirib.

Ankara-Astana marşrutu üzrə ilk uçuşunu həyata keçirən 140 sərnişini daşıyan AnadoluJet-in B-737 təyyarəsi Türkiyə vaxtı ilə saat 07:15-də Nursultan Nazarbayev Beynəlxalq Hava Limanına eniş edib.

"Operativ Media" xəbər verir ki, "AnadoluJet" ilk mərhələdə Ankara-Astana marşrutu üzrə həftədə iki dəfə fəaliyyət göstərəcək.

Əlaqəli Xəbərlər