Menyu

Türkiyədə sərnişin avtobusu ilə tramvay toqquşub, 19 nəfər yaralanıb

Nərmin Qocamanlı
Türkiyədə sərnişin avtobusu ilə tramvay toqquşub, 19 nəfər yaralanıb
1 dəq oxu

Türkiyənin İstanbul şəhərində Eyübsultan rayonunda tramvayla sərnişin avtobusu toqquşub.

"Operativ Media" bu barədə "Habertürk"ə istinadən xəbər verir.

Bildirilib ki, hadisə dekabrın 5-də səhər saatlarında Eyübsultan rayonunun Alibeyköy meydanında baş verib.

Qəza yerinə çoxlu sayda təcili tibbi yardım heyəti, polis əməkdaşları və xilasedicilər cəlb olunub.

Qəza nəticəsində 19 nəfər yaralanıb. 4 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Əlaqəli Xəbərlər