
Pentaqonun inventarında olan Black Hawk və Apache tipli helikopterləri əvəz edəcək yeni nəsil helikopter tenderinin nəticələri açıqlanıb.
Tenderə Sikorsky və Boeing-in birgə layihəsi olan Defiant X koaksial rotorlu helikopteri və Textron-un Gələcək Uzun Mənzilli Hücum Helikopteri (FLRAA) daxildir. Textronun Bell şirkəti tenderin qalibi olub.
Dəyəri 1,3 milyard dollar olan müqavilə 2030-cu illərə qədər davam edəcək. Yeni nəsil helikopterlər təxminən 2000 Black Hawk kommunal helikopterini və 1200 Apache hücum helikopterini əvəz edəcək.
FLRAA yanacaq doldurmadan təxminən 2440 dəniz mili qət edə, eyni zamanda qoşunların təhlükəli qaynar nöqtələrə çatdırılmasında iştirak edə biləcək.
1980-ci illərdə Apaçi tipli vertolyotlardan sonra ABŞ Ordusunun belə irimiqyaslı helikopter alışı olmayıb.
Boeing-in 7 milyard dollar xərcləyərək hazırladığı RAH-66 Comanche helikopteri layihəsi 2004-cü ildə ləğv edildi.