06 Dekabr 2022, 11:02
Tayvanda 9 minə yaxın quş epidemiyaya görə məhv edilib
Tayvanda 9 minə yaxın quş epidemiyaya görə məhv edilib şəkil
Tayvanda 9 minə yaxın quş epidemiyaya görə məhv edilib

Tayvanın Pinqtunq şəhərində quşçuluq fermasında quş qripi (H5N2) epidemiyası bölgə rəsmilərini tədbir görməyə vadar edib.

"Operativ Media" xəbər verir ki, ölkənin yerli səhiyyə qurumları tərəfindən 4 dekabr bazar günü təsdiqlənən quş qripi epidemiyasından sonra xəstə olduğu təsbit edilən 8 min 599 toyuq məhv edilib.

Pinqtunq bələdiyyəsi mətbuata açıqlamasında bildirib ki, keçən həftə cümə axşamı bölgədəki bir fermada anormal toyuq ölümləri qeydə alınıb.

Ölümlərdən sonra məmurlar fermanı və ətrafını dezinfeksiya edib və topladıqları nümunələri sınaq üçün Heyvan Sağlamlığı Elmi-Tədqiqat İnstitutuna göndəriblər.

Görülən tədbirlər çərçivəsində rayondakı quşçuluq təsərrüfatlarında nəzarət və dezinfeksiya tədbirlərinin gücləndiriləcəyi açıqlanıb.

Pinqtunq bələdiyyəsinin rəsmiləri toyuq fermalarına xəbərdarlıq edib ki, qripin yayılmasının qarşısını almaq üçün qoca, orta yaşlı və gənc toyuqların birlikdə yetişdirilməsini dayandırsınlar.

 

Son xəbərlər
ABŞ-da güclü tufan çətinliklər yaradıb
İranda zəlzələ baş verib
Aİ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq
İranda zəlzələ baş verib
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
Fələstin prezidenti Makronla telefon danışığı aparıb
Göyçayda mənzildə meyit aşkarlanıb - YENİLƏNİB