Əl-Cəzirə Fələstin əsilli Amerikalı jurnalist Şirin Əbu Aklehin öldürülməsinə görə məsuliyyət daşıyanların araşdırılması və mühakimə olunması üçün Beynəlxalq Cinayət Məhkəməsinə rəsmi müraciət təqdim edib.
"Operativ Media" "Al Jazeera"nin saytına istinadən xəbər verir ki, 25 ildir Əl-Cəzirə telekanalının müxbiri olan Şirin Əbu Akleh mayın 11-də İordan çayının şimalında yerləşən Cenindəki qaçqın düşərgəsinə öldürülüb.
Xatırladaq ki, BMT İnsan Hüquqları Ofisi jurnalistin ölümündə İsraili təqsirli bilib.