http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

"Qardaş yumruğu" təliminin şəxsi heyəti təltif olunub

06 Dekabr 2022 , 17:50
"Qardaş yumruğu" təliminin şəxsi heyəti təltif olunub

Azərbaycan-Türkiyə birgə təliminin dekabrın 6-da keçirilən “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə şəxsi heyət təltif olunub.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akar təlimdə fərqlənən bir qrup azərbaycanlı və türkiyəli hərbi qulluqçuları mükafatlandırıblar.

Sonra hər iki qardaş ölkənin müdafiə nazirləri şəxsi heyət qarşısında çıxış ediblər.

Cənab H.Akar çıxış edərək Baş Qərargah rəisi və digər qoşun növləri komandanları ilə birgə təlimin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etməkdən məmnunluğunu bildirib. Türkiyənin milli müdafiə naziri qeyd edib ki, dünyada təhdid və təhlükələrin artdığı bir zamanda ölkələrimizin və millətimizin təhlükəsizliyini yalnız güclü orduya sahib olmaqla təmin etmək mümkündür. Birgə təlimlər də qarşılıqlı təcrübə mübadiləsi və peşəkarlığın artırılmasında mühüm əhəmiyyətə malikdir.

Türkiyənin hər zaman Azərbaycanın yanında, istənilən təhdid və təxribatlara qarşı tək yumruq kimi birləşməyə hazır olduğunu xüsusi bildirən Hulusi Akar vurğulayıb ki, dostumuzu birlikdə dost, düşmənimizi də birlikdə düşmən görürük.

General-polkovnik Z.Həsənov çıxış edərək qardaş Türkiyə hərbi qulluqçularını ölkəmizdə görməkdən məmnun olduğunu qeyd edib. Müdafiə naziri vurğulayıb ki, təlimlərdə bütün qoşun növləri vəzifələrini yüksək səviyyədə yerinə yetiriblər. 44 günlük müharibədən sonra  Prezident, Müzəffər  Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunda Türkiyə Silahlı Qüvvələrinə uyğun islahatlar həyata keçirilir. Biz şanslıyıq. Çünki Türkiyə Silahlı Qüvvələri dünyanın ən aparıcı ordularından biridir. Bir millət – iki  dövlət olaraq biz bu şansdan səmərəli istifadə edirik. Türkiyə - Azərbaycan qardaşlığı əbədidir. Yaşasın, Türkiyə - Azərbaycan qardaşlığı!

 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığa dair bir neçə müqavilə imzalanıb -VİDEO

Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığa dair bir neçə müqavilə imzalanıb -VİDEO

Əli Əsədov : Növbəti illərdə də dövlət büdcəsində ən böyük xərclərdən biri hərbi xərclər olacaq

Əli Əsədov : Növbəti illərdə də dövlət büdcəsində ən böyük xərclərdən biri hərbi xərclər olacaq

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - VİDEO

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - VİDEO

XƏBƏR LENTİ
  • 06:19

    Azərbaycan və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
  • 06:11

    Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb
  • 06:01

    ADB Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb
    ADB Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb
  • 05:46

    Azərbaycan və İran XİN rəhbərləri Bakı ilə İrəvan arasındakı sülh sazişini müzakirə ediblər
    Azərbaycan və İran XİN rəhbərləri Bakı ilə İrəvan arasındakı sülh sazişini müzakirə ediblər
  • 00:04

    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    23:22

    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
  • Dünən
    22:59

    Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib
  • Dünən
    22:44

    İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb
Menyu