Ana səhifə / Dünya / Burkina-Fasoda qızıl mədənində torpaq sürüşməsi nəticəsində 4 nəfər həlak olub Burkina-Fasoda qızıl mədənində torpaq sürüşməsi nəticəsində 4 nəfər həlak olub 07.12.2022, 09:39 Nərmin Qocamanlı Burkina-Fasonun qərbində kiçik miqyaslı qeyri-qanuni qızıl mədənində torpaq sürüşməsi nəticəsində 4 nəfər həlak olub. "Operativ Media" xəbər verir ki, bu barədə Burkina Faso Xəbər Agentliyi məlumat yayıb. Xəbərə görə, qeyri-qanuni fəaliyyət göstərən qızıl mədənində torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində yaşları 18-24 arasında olan 4 nəfər ölüb. Mədənin bir müddət əvvəl təhlükəsizlik riski səbəbindən bağlandığı, lakin qeyri-qanuni fəaliyyət göstərdiyi bildirilib/ Qeyd edək ki, bundan öncə ölkənin Namentenqa əyalətinin şimalında qızıl mədənində torpaq sürüşməsi nəticəsində 27 nəfər həlak olmuşdu.
15.02.2026, 20:15 İlham Əliyev: Biz təkcə siyasi istiqamətdə, beynəlxalq arenada sıx işləmirik, eyni zamanda vacib layihələr icra edirik