Estoniya Ukraynadan gələn qaçqınları artıq qəbul etməyəcək
Nərmin Qocamanlı
"Ukraynadan olan qaçqınlara artıq kömək edə bilməyəcəyik"
"Operativ Media" xəbər verir ki, bunu Estoniyanın baş naziri Kaja Kallas bildirib.
"Biz Finlandiya ilə danışdıq ki, Ukraynadan olan qaçqınlara artıq kömək edə bilməyəcəyik və finlər daha çox insan yerləşdirə biləcəklərini söylədilər", - Kallas deyib.
Plana görə, Estoniya hakimiyyət orqanları ölkəyə gələn ukraynalılara başqa ölkələrə, xüsusən də Finlandiyaya köçməli olduqları barədə məlumat verəcək.