23 Fevral 2024, 12:12
Telefondan istifadə uşaqların nitqinə necə təsir edir?
Telefondan istifadə  uşaqların nitqinə necə təsir edir? şəkil
Telefondan istifadə uşaqların nitqinə necə təsir edir?

Mobil telefonların böyükdən kiçiyə, hər kəsin gündəlik həyatında mühüm rolu var. Hətta əksər hallarda valideynlər özləri uşaqlarını sakitləşdirmək və ya yatırtmaq üçün telefondan istifadə edirlər. Bəs 4-5 yaşınadək uşaqların telefondan aktiv istifadəsi onların nitq inkişafına necə təsir göstərir?

Bu barədə "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin regional direktoru Günay Hüseynova "Operativ Media"ya açıqlamasında bildirib ki, uşaqların 90 %-də yaranan nitq ləngiməsi telefondan çox istifadə etməyin nəticəsidir:

"Ümumiyyətlə, mütəxəssislər 3 yaşına qədər uşaqlara rəngli ekranı qadağa qoyulub. 3 yaşından sonra isə sadəcə 30-40 dəqiqə rəngli ekrandan istifadə edə bilərlər. Məsələn, 90-cı illərdə cizgi filmlərin öz saatı və müddəti var idi. Lakin indiki dövrdə istənilən vaxt internetdən cizgi film qoşmaq mümkündür. İlk növbədə bu narahatçılığı yaradan ən başlıca səbəb valideyn faktorudur. Çünki biz valideynə sual verəndə ki, niyə uşağın telefondan çox istifadəsinə şərait yaratmısınız, o, müxtəlif bəhanələr söyləyir. Nəticə olaraq, valideyn bunu özü övladına aşılayır. Telefondan çox istifadə uşaqlarda psixoloji ləngimə, asosial, aqressiv davranış pozuntusu, nitq geriliyi, əqli gerilik və asılılıq yaradır. Xüsusilə asılılıq bir müddətdən sonra idarə edilməyən dərəcəyə çatır. Bu zaman valideyn uşağını loqopedlə yanaşı, psixoloqa da aparır ki, bu da həm zamandan, həm də təhsildən yayınmaya gətirib çıxarır".

Mütəxəssisin sözlərinə görə, müasir uşaqların kompüter və telefondan uzun müddət istifadə etməsi bir çox fəsadlarla nəticələnə bilər:

"Uşaqların öz ana dilində danışmaması, yaxud Azərbaycan dilindəki sözləri heç başa düşməməsi səbəbindən məktəblər də onu götürmür. Bu zaman da uşaq özünə qapanır. Ümumiyyətlə, televizor, telefon, cizgi filmləri birtərəfli ünsiyyətdir, çünki uşaq bu zaman kiminləsə dialoqa girmir, sakitcə danışanları izləyir. Bu da onun ünsiyyət bacarığını zəiflədir. Amma ana ona nağıl oxusa, onunla müəyyən oyunlar oynasa və yaxud evdə iş görərkən uşaqla öz gördüyü işi səsli şəkildə danışsa, onda uşağın nitqi daha tez açılacaq, daha ünsiyyətcil və sosial böyüyəcək".

G.Hüseynova onu da qeyd edib ki, telefondan istifadə uşaqlarda məktəbəqədər hazırlıq dövründə çox ciddi asılılıq yaradır:

"Artıq uşaqlar təhsildən yayınmağa və oxumamağa başlayırlar. Çünki bütün fikri telefonda qalır. Bu zaman valideyn uşağa yüklənir ki, sən dərs oxumalısan, böyümüsən və s. Belə olduqda uşaq da aqressivləşir, hətta şiddət etməyə başlayır, qışqırır, yersiz ağlayır, yaxud inadlaşır. Bununla yanaşı, evdə olan uşaq valideynin əlində nə görsə, onu meyillənəcək, atanın və yaxud ananın əlində telefon varsa, uşaq telefonu, kitab varsa, kitabı istəyəcək".

Sevinc İbrahimzadə

Son xəbərlər
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Paşinyan Brüsselə gedəcək
Tramp yaxın iki həftə ərzində İrana zərbə ilə bağlı qərar verəcək
Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada qızıl medal qazanıb
Liderlər "Maraş dondurması"nın dadına baxıblar - VİDEO
19 İyun 2025, 21:35
Sertifikatlaşdırma imtahanları vahid sistem vasitəsilə izlənilir
Vətən müharibəsində Azərbaycanın mülki infrastrukturuna vurulan ziyanla bağlı sənədlər məhkəmədə tədqiq olunub
Almaniya İrandakı vətəndaşlarına Azərbaycan sərhədini tövsiyə edib