Pakistan: Əfqanıstan sərhəd qüvvələrinin silahlı hücumu nəticəsində 6 mülki şəxs həlak olub

Nərmin Qocamanlı
Pakistan: Əfqanıstan sərhəd qüvvələrinin silahlı hücumu nəticəsində 6 mülki şəxs həlak olub

Pakistan ordusu Əfqanıstan sərhəd qüvvələrinin Çəmən sərhəd keçid məntəqəsini atəşə tutması nəticəsində 6 mülki vətəndaşın öldüyünü, 17 nəfərin isə yaralandığını açıqlayıb.


"Operativ Media" xəbər verir ki, Pakistan ordusundan verilən açıqlamada Əfqanıstan sərhəd qüvvələrinin Çəməndə dinc əhaliyə səbəb olmadan və fərq qoymadan ağır silahlardan atəş açdığı bildirilib.


Açıqlamada Əfqanıstan sərhəd qüvvələrinin hücumu nəticəsində 6 mülki vətəndaşın həlak olduğu, 17 mülki vətəndaşın isə yaralandığı bildirilib.


Pakistan sərhəd qoşunlarının bu arzuolunmaz təcavüzə layiqli cavab verdiyinə diqqət çəkilərək, mülki əhalinin hədəf alınmasının qarşısının alındığı vurğulanıb.


Bəyanatda Pakistanın bölgədəki vəziyyətin ciddiliyi ilə bağlı Əfqanıstan rəsmilərini məlumatlandırdığı və gələcəkdə oxşar hadisənin baş verməməsi üçün kəskin tədbirlərin görülməsini tələb etdiyi vurğulanıb.


Qəndəhar Polis İdarəsinin sözçüsü Hacı Cuma Gül Nurzey mətbuata verdiyi açıqlamada Pakistan əsgərlərinin Taliban üzvlərinin sərhəddəki Şiro Oba kəndində polis bölməsi tikməsinə mane olmağa çalışdığını və tərəflər arasında qarşıdurma yaşandığını bildirib.
 Nurzey, ilk təsbitlərə görə 1 Taliban üzvünün öldüyünü, 6-nın yaralandığını, hadisə nəticəsində 3 mülki vətəndaşın da yaralandığını bildirib.

Digər xəbərlər