İngiltərədə qeyri-sabit hava şəraiti ilə əlaqədar uçuşlar dayandırılıb

Nərmin Qocamanlı
İngiltərədə qeyri-sabit hava şəraiti ilə əlaqədar uçuşlar dayandırılıb

İngiltərənin paytaxtı Londonda davam edən pis hava şəraiti səbəbindən uçuş-eniş zolağı bağlamalı olan Stansted hava limanında bütün uçuşlar dayandırılıb.

"Operativ Media" BBC-yə istinadən xəbər verir ki, ölkəyə təsir edən qar, buzlanma və dumandan sonra Heathrow və Gatwick hava limanlarında 50-dən çox reys təxirə salınıb.

Digər tərəfdən, bu gün Hitrouda təyyarələrin hava limanına giriş-çıxışı məhdudlaşdırılacaq.

Bu arada ölkədə pis hava şəraiti səbəbindən qatarların hərəkəti gecikib və bəzi magistrallarda qəzalar baş verib.

 

Digər xəbərlər