İran və Hindistan XİN başçıları arasında telefon danışığı olub
Nərmin Qocamanlı
İran İslam Respublikası və Hindistanın xarici işlər nazirləri arasında telefon danışığı olub
"Operativ Media" xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran bəzi regional və beynəlxalq məsələlər, ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.