Menyu

Belarus ordusunda döyüş hazırlığının yoxlanılmasına başlanılıb

Nərmin Qocamanlı
Belarus ordusunda döyüş hazırlığının yoxlanılmasına başlanılıb

Belarus prezidenti Aleksandr Lukaşenkonun göstərişi Belarus ordusunda döyüş hazırlığının yoxlanılmasına başlanılıb.


"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Alınacaq tədbirlərin kompleks xarakter daşıyacağı qeyd edilən açıqlamada, “Qoşunlar ən qısa zamanda təyin olunmuş bölgələrə irəliləyəcək, mühəndis avadanlıqlarından istifadə edəcək, təhlükəsizlik və müdafiəni təşkil edə biləcək. Neman və Berezina çayları üzərində də hərbi körpü keçidləri tikiləcək.

Bu müddət ərzində hərbi texnika və şəxsi heyətin hərəkətdə olacağına diqqət çəkilərək, vətəndaşların gediş-gəlişinə açıq olan bəzi yollarda və ərazilərdə müvəqqəti olaraq məhdudiyyətlər qoyula biləcəyi bildirilib.

Əlaqəli Xəbərlər