13 Dekabr 2022, 12:24
Paşinyan Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib

Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirilib
"Operativ Media" "Armenpress"ə istinadən xəbər verir ki, iclas zamanı Laçın dəhlizindəki vəziyyət müzakirə edilib.
iclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, prezident Vaaqn Xaçaturyan, NA-nın spikeri Alen Simonyan, baş nazir aparatının rəhbəri Arayik Arutyunyan və NA-nın “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjoryan iştirak ediblər.