13 Dekabr 2022, 14:47
Zelenski: Enerji obyektlərinin bərpası üçün ən azı 1,5 milyard avro lazımdır

Rusiyanın zərbələri nəticəsində dağılmış Ukrayna enerji obyektlərinin sürətlə bərpası üçün ən azı 1,5 milyard avro lazımdır.
"Operativ Media" "Ukrinform"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Fransa və Ukraynanın birgə təşkil etdiyi "Ukrayna xalqı ilə həmrəylik" beynəlxalq konfransında çıxışı zamanı deyib.
"Ukrayna bizim enerji sektorumuza müxtəlif intensivlikdə olan yüzlərlə Rusiyanın zərbələrinə tab gətirdi. Amma indi təəssüf ki, elektrik stansiyalarımızın əksəriyyəti atəşə tutularaq zədələnib və ya məhv edilib. Bütün su elektrik stansiyaları, bütün istilik elektrik stansiyaları", - Zelenski bildirib .