Ana səhifə / Dünya / Rusiya-Ukrayna müharibəsində 424 uşaq həlak olub Rusiya-Ukrayna müharibəsində 424 uşaq həlak olub 13.12.2022, 15:03 Nərmin Qocamanlı Fevralın 24-dən bu yana Rusiya-Ukrayna müharibəsi nəticəsində azı 6755 Ukrayna vətəndaşı həlak olub, 10607 nəfər isə yaralanıb. "Operativ Media" xəbər verir ki, bu barədə BMT-nin dərc etdiyi məlumatda bildirilib. Qeyd olunub ki, müharibə nəticəsində 424 uşaq həlak olub, 781 uşaq yaralanıb. Ən çox ölüm və yaralanma halı Donetsk və Luqansk vilayətlərində qeydə alınıb.
15.02.2026, 18:19 Azərbaycan Prezidenti: Bizim Serbiya ilə gələcək üçün də açıq-aydın planlarımız var