Polşa fermerləri hökuməti istefaya çağırmağa başlayacaqlar
Nərmin Qocamanlı
Ədalətsiz bazar rəqabətinə və Ukrayna taxılının ölkəyə nəzarətsiz idxalına etiraz edən polşalı fermerlər Polşanın hazırkı hökumətini istefaya məcbur etmək üçün imza toplamağa başlayacaqlar.
"Operativ Media" xəbər verir ki, bunu fermerlərinin etiraz aksiyasının liderlərindən Kşiştof Çmiel deyib.
"Gələn həftə Varşavada görüşəcəyik və hökumətin istefası üçün ictimai layihə üçün 100 min imza toplamağa başlayacağıq", - deyə o bildirib.
Etiraz lideri bütün polşalı fermerləri təşəbbüsə qoşulmağa çağırıb.