Menyu

Rəisi: Qəzzada baş verənlər ABŞ və Qərb üçün utancvericidir

Nərmin Qocamanlı
Rəisi: Qəzzada baş verənlər ABŞ və Qərb üçün utancvericidir

Seyid İbrahim Rəisi rəsmi təmasları çərçivəsində Tehranda olan Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyəni qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb. 

Görüşdə Rəisi Qəzza xalqının müqaviməti ilə Fələstin məsələsinin İslam dünyasının hüdudlarından kənara çıxdığını və bütün dünya xalqlarının probleminə çevrildiyini bildirib.

"Qəzzada baş verənlər ABŞ və bəzi Qərb ölkələri üçün utanc mənbəyidir”, - deyə Rəisi bölgədəki təhlükəsizlik problemlərinin kökünün İsrail olduğunu bildirib.

Həmas Siyasi Bürosunun rəhbəri Haniyə də görüşdə Qəzzada baş verən hadisələrlə bağlı Rəisiyə məlumat verib.

Haniyə bildirib ki, Əqsa tufanı əməliyyatı Fələstin xalqına misli görünməmiş uğur qazandırıb.

Teqlər:

"R\u0259isi: Q\u0259zzada ba\u015f ver\u0259nl\u0259r AB\u015e v\u0259 Q\u0259rb \u00fc\u00e7\u00fcn utancvericidir"

Əlaqəli Xəbərlər