“Titanik” filmindəki gəmi qəzasından sonra Keyt Uinsletin (Rouz) sağ qalmasına kömək edən məşhur qapı hərracda satılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə TMZ yazıb.
Giriş qapısı Leonardo Di Kaprionun qəhrəmanı Cekin sığmadığı qapı ilə birlikdə 718,7 min dollara satılıb. Bu, iştirakçılara müxtəlif Hollivud filmlərindən artefaktların alınması təklif olunduğu "Heritage Auctions Treasures" auksionunda ən bahalısı olub.
Uinsletin obrazı Rouzun Titanik batdığı zaman geyindiyi şifon donu isə 125 min dollara satılıb.
Qeyd edək ki, 11 dəfə “Oskar” mükafatı almış "Titanik" filminin pərəstişkarları onilliklərdir ki, Cekin Rose ilə eyni qapıya dırmaşaraq xilas ola biləcəyini müzakirə edirlər.