HƏMAS İsrail girovlarının azad edilməsi üçün şərtləri açıqlayıb
Nərmin Qocamanlı
Fələstinin Həmas hərəkatı bir daha bəyan edib ki, İsrailin Qəzza zolağına hücumları bitənə qədər İsrailli girovları azad etməyəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə təşkilatın siyasi lideri Xalid Meşal bildirib.
“Danışıqlar zamanı biz hücumların dayandırılmasında, qoşunların Qəzza zolağından çıxarılmasında və məcburi köçkünlərin öz yaşayış yerlərinə, xüsusən də Qəzzanın şimalına qayıtmasında israr edirik”, - o, qeyd edib.
Teqlər:
"H\u018fMAS \u0130srail girovlar\u0131n\u0131n azad edilm\u0259si \u00fc\u00e7\u00fcn \u015f\u0259rtl\u0259ri a\u00e7\u0131qlay\u0131b"