Menyu

Fransa kosmik raketlərə 400 milyon avro ayıracaq

Nərmin Qocamanlı
Fransa kosmik raketlərə 400 milyon avro ayıracaq

Fransa hökuməti kosmik raketlər hazırlayan dörd startap üçün 400 milyon avro subsidiya verməyi planlaşdırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə “European Spaceflight” məlumat verib.

Söhbət "HyPrSpace", "Latitude", "Sirius Space Services" və "MaiaSpace" (Avropa monopolist "ArianeGroup"un törəmə şirkəti) startaplarından gedir. Hər bir şirkətə kiçik bir avans ödənişi ediləcək, qalan məbləğ isə müvafiq raketlərin 2026-2028-ci illərdə uçuşlarından asılı olacaq.

Bildirilib ki, "HyPrSpace OB-1" və "Latitude Zephyr" daşıyıcıları 100-200 kiloqram ağırlığında olan yükləri aşağı Yer orbitinə çıxarmağa qadirdir. "Sirius 1", "Sirius 13" və "Sirius 15" daşıyıcıları çəkisi 175 ilə 1100 kiloqram arasında olan yüklərin buraxılması üçün nəzərdə tutulub. "MaiaSpace" raketi isə ən yüksək faydalı yükə (birdəfəlik versiyada üç tona qədər) malik olacaq.

Teqlər:

"Fransa kosmik raketl\u0259r\u0259 400 milyon avro ay\u0131racaq"

Əlaqəli Xəbərlər