Menyu

Ərdoğan yaya qədər İraqla sərhədini tam şəkildə təmin edəcəklərini bildirib

Ərdoğan yaya qədər İraqla sərhədini tam şəkildə təmin edəcəklərini bildirib

Yaya qədər Türkiyə İraqla sərhədinin tam təhlükəsizliyini təmin edəcək, burada mütəmadi olaraq terrorçu PKK yaraqlılarına qarşı əməliyyatlar keçirəcək. 

"Operativ Media" xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Batman şəhərində keçirilən mitinqdə deyib.

"PKK-nın torpaqlarımızda mövcudluğu sona çatıb. Bu ilin yayına qədər biz İraqla sərhədimizi təmin edəcəyik", - Ərdoğan qeyd edib. 

Vaşinqtonun PKK-ya dəstəyinə toxunan Ərdoğan əlavə edib: "Biz hakimiyyətdə olduğumuz müddətdə heç kim köhnə qaranlıq günləri geri qaytara bilməyəcək. Heç kim terror təşkilatlarından istifadə edərək Türkiyəni manipulyasiya edə bilməyəcək".

Türkiyə İraq və Suriyanın şimalında PKK-ya qarşı geniş sərhədyanı hərbi əməliyyat keçirmə imkanını aktiv şəkildə müzakirə edir. Onun nəticələrinə əsasən, İraqda 40 km-ə qədər dərinlikdə təhlükəsizlik zonasının yaradılması planlaşdırılır. Oxşar zona Suriyanın şimalında da yaradıla bilər. 

Teqlər:

"\u018frdo\u011fan yaya q\u0259d\u0259r \u0130raqla s\u0259rh\u0259dini tam \u015f\u0259kild\u0259 t\u0259min ed\u0259c\u0259kl\u0259rini bildirib"

Əlaqəli Xəbərlər